“Gələcəyə Körpü” GİB-in nümayəndəsi beynəlxalq gənclər tədbirində iştirak edib.

“Gələcəyə Körpü” GİB-in nümayəndəsi Rauf Əliyev 14-16 May 2024-cü il tarixlərində Fransanın Strasburq şəhərində, Avropa Gənclər Mərkəzində təşkil edilən “Confidence in Tomorrow” adlı gənclər tədbirində təşkilatımızı təmsil edib. Tədbirin məqsədi Avropada yaşayan indiki və gələcək nəsil gənclər arasında sıx əlaqənin yaradılmasına və möhkəmləndirilməsinə dəstək göstərməkdir. 3 günlük tədbir çərçivəsində Rauf Avropanın müxtəlif ölkələrindən qatılan 100 nəfər gənclə bir araya gəlib. Gənclər plenar iclaslarda, tədbirin əsas mövzuları və həmçinin iştirakçıların təklif etdikləri mövzular üzrə qrup işlərində iştirak ediblər. İştirakçılar üçün həmçinin Avropanın müxtəlif ölkələrindən olan rəhbər şəxslərlə qrup görüşləri də təşkil edilib. Qeyd edək ki, tədbir Lixtenşteynin sədrliyi ilə Avropa Şurasının 75-ci ildönümü çərçivəsində həyata keçirilib.
Daha bir gəncimiz Avropada beynəlxalq könüllülük layihəsində iştirak edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyi ilə daha bir yerli gənc Hafiz Qarakişiyev Rumıniyanın Krayova şəhərində uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) könüllülük layihəsində iştirak edir. Layihə çərçivəsində könüllümüzün əsas fəaliyyəti orta məktəb şagirdləri ilə zaman keçirmək, onlar üçün inkişaf yönümlü və əyləncəli fəaliyyətlər təşkil etməkdir. Könüllümüz azyaşlı uşaqlarla rəsm, maket hazırlama fəaliyyətlərinin təşkil edilməsində və onlarla yaradıcı işlərin hazırlanmasında iştirak edir. Hafiz həmçinin layihə çərçivəsində sosial media dizaynlarının hazırlanması ilə də məşğul olaraq rəqəmsal bacarıqlarını inkişaf etdirir. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en
Belçikada 7 Avropa Həmrəylik korpusu ESC könüllülük layihələri

Belçikada uzunmüddətli Avropa Həmrəylik Korpusu ESC könüllülük layihələrinə iştirakçılar axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihələr haqqında ətraflı məlumat: https://shorturl.at/gorS4 Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. https://docs.google.com/forms/d/e/1FAIpQLSffPtI16PzEYF1hrGHkUezHqbiQkHbS9xgva8GOcm7wbp2cxQ/viewform?usp=pp_url Qeyd: Hər bir layihə üçün göndərən təşkilat “Gələcəyə Körpü” GİB-dir. Layihələrdə iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölməsinə yaza bilərsiz. Yalnız müraciətləri məqbul hesab olunan şəxslərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: Hər bir layihə üçün son müraciət tarixi müvafiq olaraq məlumat fayllarında qeyd olunub.
Türkiyədə 2 fərqli Avropa Həmrəylik Korpusu ESC könüllülük layihəsi

Türkiyədə uzunmüddətli və qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihələrinə iştirakçılar axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihə barədə ətraflı məlumat: https://shorturl.at/mpzM3 Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun: https://shorturl.at/ejoUX Qeyd: Hər bir layihə üçün göndərən təşkilat “Gələcəyə Körpü” GİB-dir. Layihələrdə iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölməsinə yaza bilərsiz. Yalnız müraciətləri məqbul hesab olunan şəxslərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmır. Son müraciət tarixi: ƏN QISA ZAMANDA
Gəncimiz beynəlxalq könüllülük layihəsində iştirak edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi vasitəsilə daha bir yerli gəncimiz Lalə Mehdiyeva Latviyanın Rujiena şəhərində Jauniešu organizācija “Ligzda” təşkilatı tərəfindən həyata keçirilən uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) layihəsində iştirak edir. Layihə çərçivəsində könüllümüz əsas etibarı ilə ahıl insanlarla birlikdə zaman keçirir, onların vaxtının səmərəli təşkili üçün davamlı fəaliyyətlər icra edir. Həmçinin ahıllar üçün xüsusi təşkil edilən mədəniyyət günlərində Azərbaycan milli mədəniyyətini və mətbəxini təqdim edir. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en
Avstriyada 5 uzunmüddətli Avropa Həmrəylik Korpusu ESC könüllülük layihəsi

Avstriyada uzunmüddətli Avropa Həmrəylik Korpusu ESC könüllülük layihələrinə iştirakçılar axtarılır! Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihələr haqqında ətraflı məlumat: https://shorturl.at/oqGS7 Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. https://shorturl.at/dwzBI Qeyd: Hər bir layihə üçün göndərən təşkilat “Gələcəyə Körpü” GİB-dir. Layihələrdə iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölməsinə yaza bilərsiz. Yalnız müraciətləri məqbul hesab olunan şəxslərlə əlaqə saxlanılacaq. DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq. Son müraciət tarixi: ƏN QISA ZAMANDA
“Gələcəyə Körpü” GİB-in nümayəndəsi beynəlxalq gənclər forumunda iştirak edib.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Cəvahir Ələkbərli 13-14 aprel 2024-cü il tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa parlamentində təşkil edilən “Level Up!” adlı gənclər forumunda təşkilatımızı təmsil edib. Tədbirin məqsədi dilindən, dinindən, etnik mənsubiyyətindən, cinsindən və fiziki imkanlarından asılı olmayaraq onları narahat edən məsələlərdə müsbət dəyişikliyə nail olmaq istəyən bütün gənclər üçün zəruri bacarıqları formalaşdırmaqdır. Layihə çərçivəsində Cəvahir Avropanın müxtəlif ölkələrindən qatılan 1300 nəfər gənc liderlə bir araya gəlib. Təcrübəli ekspertlər və eyni zamanda təşkilat nümayəndələri tərəfindən gənclər üçün ünsiyyət, ictimai vəkillik və təşkilatçılıq bacarıqlarının inkişafı ilə bağlı təşkil edilən interaktiv sessiyalarda iştirak edib. Qeyd edək ki, tədbir Avropa Gənclər Forumu, Avropa Gənclər Tədbiri və Avropa Parlamentinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı yeni layihə start götürdü.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi ilk mərhələsi start götürüb. Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır. Layihənin açılış hissəsində Millət vəkili – Pərvin Kərimzadə,”Gələcəyə Körpü” GİB-in idarə heyətinin üzvü Seymur Vəliyev və Azərbaycan Texnologiya Universitetinin İnnovasiya şöbəsinin müdiri Şamo Salayev çıxış edərək bu layihənin region universitetləri üçün əhəmiyyətini qeyd ediblər. Daha sonra təlimçi – Gülşən Bayramova tərəfindən ali təhsildə beynəlmiləlləşmə mövzusunda ilk təlim modulu təşkil edildi. Təlimdə ali təhsil müəssisələrinin beynəlmiləlləşmə strategiyaları, mövcud vəziyyətin təhlili kimi mövzular izah olunub və iştirakçılarla praktik məşğələlər həyata keçirildi. Layihənin birinci mərhələsi olan təlim kursu fərqli regionlardan olan 6 ali təhsil müəssisəsinin ümumilikdə 20 nəfər potesial əməkdaşının iştirakı ilə Gəncə şəhərində davam edəcək. Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək. Mentorluq proqramı əsasında əməkdaşlar artıq real layihə təkliflərini formalaşdırmaq üzərində işləyəcəklər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Almaniyada 8 uzunmüddətli ESC könüllülük layihəsi

Almaniyada uzunmüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihələrinə iştirakçılar axtarılır. Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Layihələr haqqında ətraflı məlumat: https://shorturl.at/jnCG6 Müraciət üçün linkə daxil olaraq qeydiyyat anketini doldurun. https://shorturl.at/cnNQZ Qeyd: Hər bir layihə üçün göndərən təşkilat “Gələcəyə Körpü” GİB-dir. Layihələrdə iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölməsinə yaza bilərsiz. Yalnız müraciətləri məqbul hesab olunan şəxslərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 20.04.2024
Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı yeni layihəyə start verilir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə yerli və ətraf regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi həyata keçiriləcək. Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır. Fərqli regionlardan 6 ali təhsil müəssisəsini və eyni zamanda 20 potensial əməkdaşı özündə cəlb edəcək layihə iki mərhələdə təşkil olunacaq. İlk mərhələ çərçivəsində Gəncə şəhərində regiondakı universitetlərdən (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti) olan əməkdaşlar üçün Avropa və beynəlxalq səviyyədə əməkdaşlığının gücləndirilməsi, Erasmus+ və digər qrant müsabiqələri üçün layihə hazırlanması və icra olunması istiqamətində 4 günlük məlumatlandırıcı təlim kursu keçiriləcək. Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.