Gəncədə “Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.

“PAŞA Holding”in dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.   Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir. Layihə çərçivəsində 2-ci fazada seçilən növbəti 20 nəfər tələbə iştirakçılar üçün yumşaq bacarıqlar: təqdimat bacarıqları (pitching), komanda quruculuğu, layihə hazırlanması və idarə olunması, büdcə idarə olunması, o cümlədən CV və müsahibə mövzularında 6 günlük təlim kursu keçirilir. 1-ci faza təlim kursu 25-30 sentyabr, 2023-cü ildə Texnologiya Universitetində həyata keçirilib. Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.

Gəncədə gənclər üçün sosial sahibkarlıq istiqamətində təlim kursu icra edilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi çərçivəsində təlim kursu yekunlaşıb. 13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçılara “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Layihədə növbəti mərhələ olaraq “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda 50 nəfərdən ibarət Forum tədbiri həyata keçiriləcək. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.

Gəncədə gənclər üçün sosial sahibkarlıqla bağlı layihəyə start verilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi həyata keçirilir. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Layihə çərçivəsində ilk mərhələdə Gəncə şəhərində seçiləcək 25 nəfər iştirakçı üçün 3 günlük təlim kursu (butkamp) və “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçiriləcəkdir. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatınının tərəfdaşlığı ilə icra olunacaqdır.

“Gələcəyə Körpü” İctimai Birliyi Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələr üçün yeni layihəyə start verdi.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “PAŞA Holding”in tərəfdaşlığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsinin icrasına start verilib. Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir. Təlimlər hər biri 6 gün olmaqla 2 fazada ümumilikdə 40 nəfər gənci əhatə edəcək. Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.

“Gənc liderlərin şəbəkələşməsi” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının “ŞƏBƏKƏ” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Gənc liderlərin şəbəkələşməsi” layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi  Gəncə şəhəri və Goranboy rayonundan seçilmiş 14-29 yaş arası 40 nəfər gəncdə yumşaq bacarıqları (soft skills) təkmilləşdirmək, liderlik potensialı olan gəncləri üzə çıxarmaq, idarəçilik qabiliyyəti barədə məlumatın artırılması və onlar arasında şəbəkələşməni təmin etmək idi. Layihə çərçivəsində təlimlər Goranboy rayonunda 22-23 iyun, Gəncə şəhərində isə 24-25 iyun 2023-cü il tarixlərində icra edilmişdir.  Keçirilən 2 günlük təlimlər “pitching- inandırma”, “strateji düşünmə”, “kommunikasiya və komanda ilə işləmə bacarığı”, “könüllülüyün karyera prespektivləri” və “vaxtın idarə edilməsi” mövzularını əhatə etmişdir.

Birlik Çexiyada beynəlxalq əməkdaşlıq qurma tədbirində təmsil olunub.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Hüseynxan Hacızadə 25-29 iyun, 2023-cü il tarixlərində Çexiya Respublikasının Praqa şəhərində “Sərhədlərdən kənarda könüllülük – qonşu tərəfdaş ölkələri əhatə edən Avropa Həmrəylik Korpusu layihələri üçün tərəfdaşlıqların yaradılması” adlı beynəlxalq seminarda iştirak edib. Çexiya Milli Agentliyi digər Milli Agentliklərin Strateji Əməkdaşlığı və SALTO-nun birgə tərəfdaşlığı ilə keçirilən tədbirin məqsədi Avropa Həmrəylik Korpusu çərçivəsində Proqram ölkələri və qonşu tərəfdaş ölkələr arasında könüllü layihələri və tərəfdaşlıqları gücləndirmək idi. Əməkdaşlıq quruculuğu fəaliyyətinində 24-dən çox ölkədən 65 təşkilatdan olan 80 nəfərə yaxın ekspert nümayəndə təmsil olunub.

“Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi yekunlaşıb.   Layihədə iştirak haqqı qazanmış 15 gənc tədqiqatçı tərəfindən Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında araşdırma aparılmış və araşdırma nəticəsi olaraq kitabçalar hazırlanmışdır. Layihə çərçivəsində çap edilmiş kitabçaların təqdimatını və şəhər əhalisinin layihə haqqında məlumatlığını təmin etmək məqsədilə Gəncə şəhərində “Şuşa Mədəniyyəti Festivalı”ı  həyata keçirilmişdir. Festival Gəncə şəhər əhalisi üçün layihə iştirakçıları tərəfindən ərsəyə gələn “ŞUŞA” kitabçalarının təqdimatı (paylanılması) və musiqi ilə əhatə olunmuşdur. Son mərhələdə isə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən 10, 16, 24, 27 və 41 saylı orta təhsil müəssisələrində təqdimatı baş tutmuş və ümumilikdə 100 nəfər şagirdə kitabça təqdim edilmişdir. Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin və şəhər əhalisinin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanmış kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirməsi, əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.

Gəncədə “Şuşa Mədəniyyət Festivalı” həyata keçirilib.

23 Mart, 2023-cü il tarixində Gəncə şəhərində “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi çərçivəsində festival icra edilib. Festival Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi çərçivəsində baş tutub. Festival Gəncə şəhər əhalisi üçün layihə iştirakçıları tərəfindən ərsəyə gələn “ŞUŞA” kitabçalarının təqdimatı (paylanılması) və musiqi ilə əhatə olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Fazilqızı, “Gələcəyə Körpü” GİB-in sədri Hüseynxan Hacızadə və digər layihə iştirakçıları çıxış ediblər. Növbəti mərhələdə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaqdır. Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin və şəhər əhalisinin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanmış kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirməsi, əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.

“Mədəniyyət paytaxtımız: gənc tədqiqatçıların araşdırmalarında” layihəsi davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyət paytaxtımız: Gənc tədqiqatçıların araşdırmalarında” layihəsi davam edir. Layihədə iştirak haqqı qazanmış 15 gənc Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında araşdırma aparmış və araşdırma nəticəsi olaraq kitabçalar hazırlanmışdır. Növbəti mərhələdə həmin kitabçaların Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində təqdimatı baş tutacaqdır. Eyni zamanda çap edilmiş kitabçaların təqdimatını və şəhər əhalisinin layihə haqqında məlumatlığını təmin etmək məqsədilə “Şuşa Mədəniyyəti Festivalı”ı  həyata keçiriləcəkdir. Qeyd edək ki, layihənin məqsədi Gəncə şəhərində təhsil alan gənclərin Şuşa şəhərinin tarixi, abidələri, mətbəxi, folkloru və digər mədəniyyət nümunələri haqqında hazırlanacaq kitabçalar, məlumatlandırıcı sessiyalar və festival vasitəsilə maarifləndirilməsi əlavə olaraq, bu istiqamətdə resursların yaradılmasıdır.

“Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları” adlı layihə yekunlaşıb.

bp şirkətinin maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin, və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları” layihəsi Layihənin məqsədi keçmişdə peşə təhsili almaq imkanı olmamış və nəticədə davamlı karyera qurmaq üçün rəsmi diplomu olmayan peşə bacarığı olan işçilər üçün peşə təlimləri vermək idi. Təlim proqramı iştirakçılara peşəkar biliklərini zənginləşdirməyə və eyni zamanda praktiki bacarıqlarını yeniləməyə yönəlmiş həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət olub. Layihə iştirakçıları 10 günlük – bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və 4 günlük plastik boru qaynaqçısı təlim proqramlarında iştirak edərək dörd peşə növündən birinə yiyələniblər. Qeyd olunan konkret peşə fənləri üzrə təlimlərdən əlavə, bütün layihə benefisiarları üçün 3 günlük sahibkarlıq təlimi də keçirilib. Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli iştirakçılar müvafiq peşə üzrə diplom alıblar.

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan

Bizi İzləyin