Daha bir gəncimiz Avropada beynəlxalq könüllülük layihəsində iştirak edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyi ilə daha bir yerli gənc Hafiz Qarakişiyev Rumıniyanın Krayova şəhərində uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) könüllülük layihəsində iştirak edir. Layihə çərçivəsində könüllümüzün əsas fəaliyyəti orta məktəb şagirdləri ilə zaman keçirmək, onlar üçün inkişaf yönümlü və əyləncəli fəaliyyətlər təşkil etməkdir. Könüllümüz azyaşlı uşaqlarla rəsm, maket hazırlama fəaliyyətlərinin təşkil edilməsində və onlarla yaradıcı işlərin hazırlanmasında iştirak edir. Hafiz həmçinin layihə çərçivəsində sosial media dizaynlarının hazırlanması ilə də məşğul olaraq rəqəmsal bacarıqlarını inkişaf etdirir. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en

Gəncimiz beynəlxalq könüllülük layihəsində iştirak edir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi vasitəsilə daha bir yerli gəncimiz Lalə Mehdiyeva Latviyanın Rujiena şəhərində Jauniešu organizācija “Ligzda” təşkilatı tərəfindən həyata keçirilən uzunmüddətli Avropa Həmrəylik Korpusu (ESC) layihəsində iştirak edir. Layihə çərçivəsində könüllümüz əsas etibarı ilə ahıl insanlarla birlikdə zaman keçirir, onların vaxtının səmərəli təşkili üçün davamlı fəaliyyətlər icra edir. Həmçinin ahıllar üçün xüsusi təşkil edilən mədəniyyət günlərində Azərbaycan milli mədəniyyətini və mətbəxini təqdim edir. Qeyd edək ki, təşkilatımız 2012-ci ildən bəri Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində həm göndərən, həm də qəbul edən funksiyada fəaliyyət göstərir. Avropa Həmrəylik Korpusu Proqramı haqqında daha ətraflı burdan öyrənə bilərsiniz: https://europa.eu/youth/solidarity_en

“Gələcəyə Körpü” GİB-in nümayəndəsi beynəlxalq gənclər forumunda iştirak edib.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Cəvahir Ələkbərli 13-14 aprel 2024-cü il tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa parlamentində təşkil edilən “Level Up!”  adlı gənclər forumunda təşkilatımızı təmsil edib. Tədbirin məqsədi dilindən, dinindən, etnik mənsubiyyətindən, cinsindən və fiziki imkanlarından asılı olmayaraq onları narahat edən məsələlərdə müsbət dəyişikliyə nail olmaq istəyən bütün gənclər üçün zəruri bacarıqları formalaşdırmaqdır. Layihə çərçivəsində Cəvahir Avropanın müxtəlif ölkələrindən qatılan 1300 nəfər gənc liderlə bir araya gəlib. Təcrübəli ekspertlər və eyni zamanda təşkilat nümayəndələri tərəfindən gənclər üçün ünsiyyət, ictimai vəkillik və təşkilatçılıq bacarıqlarının inkişafı ilə bağlı təşkil edilən interaktiv sessiyalarda iştirak edib. Qeyd edək ki, tədbir Avropa Gənclər Forumu, Avropa Gənclər Tədbiri və Avropa Parlamentinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı yeni layihə start götürdü.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi ilk mərhələsi start götürüb. Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır. Layihənin açılış hissəsində Millət vəkili – Pərvin Kərimzadə,”Gələcəyə Körpü” GİB-in idarə heyətinin üzvü Seymur Vəliyev və Azərbaycan Texnologiya Universitetinin İnnovasiya şöbəsinin müdiri Şamo Salayev çıxış edərək bu layihənin region universitetləri üçün əhəmiyyətini qeyd ediblər. Daha sonra təlimçi – Gülşən Bayramova tərəfindən ali təhsildə beynəlmiləlləşmə mövzusunda ilk təlim modulu təşkil edildi. Təlimdə ali təhsil müəssisələrinin beynəlmiləlləşmə strategiyaları, mövcud vəziyyətin təhlili kimi mövzular izah olunub və iştirakçılarla praktik məşğələlər həyata keçirildi. Layihənin birinci mərhələsi olan təlim kursu fərqli regionlardan olan 6 ali təhsil müəssisəsinin ümumilikdə 20 nəfər potesial əməkdaşının iştirakı ilə Gəncə şəhərində davam edəcək. Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək. Mentorluq proqramı əsasında əməkdaşlar artıq real layihə təkliflərini formalaşdırmaq üzərində işləyəcəklər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Gəncədə beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı yeni layihəyə start verilir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə yerli və ətraf regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi həyata keçiriləcək. Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq və biliklərinin artırılması, o cümlədən müvafiq vərdişlərinin formalaşdırılmasıdır. Fərqli regionlardan 6 ali təhsil müəssisəsini və eyni zamanda 20 potensial əməkdaşı özündə cəlb edəcək layihə iki mərhələdə təşkil olunacaq. İlk mərhələ çərçivəsində Gəncə şəhərində regiondakı universitetlərdən (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti) olan əməkdaşlar üçün Avropa və beynəlxalq səviyyədə əməkdaşlığının gücləndirilməsi, Erasmus+ və digər qrant müsabiqələri üçün layihə hazırlanması və icra olunması istiqamətində 4 günlük məlumatlandırıcı təlim kursu keçiriləcək. Təlimlərdən sonrakı mərhələ olaraq isə 1 ay müddətində layihə ekspertləri tərəfindən universitet əməkdaşları üçün onlayn formatda mentorluq proqramı həyata keçiriləcək. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalib layihələrindən biridir.

“Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Şagirdlərin Peşə Təhsili Bələdçisi” layihəsinin ikinci mərhələsi yekunlaşıb. Sonuncu mərhələ çərçivəsində daha öncəki mərhələdə məlumatlandırıcı seminarlarda iştirak etmiş, marağı olan şagirdlər Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində öyrənmə səfərində iştirak ediblər. Səfərdə şagirdlərə PTM-dəki şərait, imkanlar, maddi baza, ixtisaslar üzrə praktiki təcrübələr haqqında geniş məlumat verilib, şagirdlərin sualları cavablandırılıb. Öyrənmə səfərində məlumatlandırıcı seminarların təşkil olunduğu orta məktəblərin hər birindən 5 nəfər olmaqla ümumilikdə 35 şagird iştirak edib. Layihənin məqsədi Gəncə şəhərində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və bu prioritet sahənin icra ediləcək fəaliyyətlər vasitəsilə hədəf kütləsinə effektiv şəkildə çatdırılmasıdır. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 17-ci qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Gəncədə gənclər üçün sosial sahibkarlıqla bağlı layihə icra olunub.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi Forum tədbiri ilə yekunlaşıb. Layihənin 1-ci mərhələsində 13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçıya “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər. 25 oktyabr, 2023-cü il tarixində Gəncə şəhərində layihənin yekun tədbiri olan “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçirilib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, KOBİA-nın, Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin startaplar üzrə mütəxəssisi Tural Rüstəmov və “Təmas Sərvi” MMC SOSİAL SAHİBKARLIQ müəssisəsinin təsisçiləri Kübra Ələkbərova və Südabə Məmmədova iştirak ediblər. Forumda iştirak edən qurumların müvafiq imkanları və proqramları haqqında təqdimatlar edilib, o cümlədən sosial sahibkarlıq sahəsi ilə bağlı panel müzakirə aparılıb, və tədbir iştirakçılarının sualları cavablandırılıb. Forum tədbiri təlim kursu iştirakçılarının sosial sahibkarlıq müstəvisində hazırladıqları layihə ideyalarının təqdimatları ilə yekunlaşıb. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.

Gəncədə “Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.

“PAŞA Holding”in dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “TİP – Tələbələrin İnkişaf Proqramı” layihəsi davam edir.   Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində və həmçinin digər ali təhsil müəssisələrində təhsil alan region gənclərinin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən yumşaq bacarıqlarını təkmilləşdirməkdir. Layihə çərçivəsində 2-ci fazada seçilən növbəti 20 nəfər tələbə iştirakçılar üçün yumşaq bacarıqlar: təqdimat bacarıqları (pitching), komanda quruculuğu, layihə hazırlanması və idarə olunması, büdcə idarə olunması, o cümlədən CV və müsahibə mövzularında 6 günlük təlim kursu keçirilir. 1-ci faza təlim kursu 25-30 sentyabr, 2023-cü ildə Texnologiya Universitetində həyata keçirilib. Qeyd edək ki, təlimlər fazasını uğurla başa vurmuş 10 nəfər seçiləcək iştirakçı təlimlərdən əldə etdiyi bilik və bacarıqları  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “Təcrübə Proqramı”nda praktiki olaraq davam etdirə biləcəklər.

Gəncədə gənclər üçün sosial sahibkarlıq istiqamətində təlim kursu icra edilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi çərçivəsində təlim kursu yekunlaşıb. 13-15 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər çərçivəsində seçilən 25 nəfər iştirakçılara “Sosial sahibkarlıq nədir”, “Sosial sahibkarlıq və Xeyriyyəçiliyin fərqi”, “Biznes Model Kanvasın izahı”, “Donorların müəyyənləşdirilməsi” kimi əsas mövzularda təlimatlandırma sessiyaları keçirilib, gənclər müvafiq olaraq komanda işləri, təqdimatlar və müxtəlif əyləncəli enercayzerlərdə iştirak ediblər. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Layihədə növbəti mərhələ olaraq “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda 50 nəfərdən ibarət Forum tədbiri həyata keçiriləcək. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə icra olunub.

Gəncədə gənclər üçün sosial sahibkarlıqla bağlı layihəyə start verilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sosial sahibkarlıq bacarıqlarının inkişafı proqramı” layihəsi həyata keçirilir. Layihənin məqsədi Gəncə şəhərində yaşayan və təhsil alan gənclərin icra ediləcək fəaliyyətlər vasitəsilə sosial sahibkarlıq üzrə maarifləndirilməsi, onların sosial sahibkarlıq üzrə ideyalarının üzə çıxarılması, o cümlədən müxtəlif dövlət və özəl qurumlarla birgə bu sahədə əməkdaşlığı və təbliğatı gücləndirməkdir. Layihə çərçivəsində ilk mərhələdə Gəncə şəhərində seçiləcək 25 nəfər iştirakçı üçün 3 günlük təlim kursu (butkamp) və “Sosial sahibkarlıq: potensial imkanlar, mövcud vəziyyət və gözləntilər” mövzusunda Forum tədbiri həyata keçiriləcəkdir. Qeyd edək ki, layihənin təlim kursu fazası “ASAN Könüllüləri” Təşkilatınının tərəfdaşlığı ilə icra olunacaqdır.

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan