“Müasir çağırışların carçısı – peşə təhsili” layihəsinin iştirakçısı olan şagirdlər Gəncə şəhərində yerləşən Sənaye və texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə öyrənmə səfərində iştirak ediblər.

Səfərdə mərkəzin müəllim və tələbələri müxtəlif peşə ixtisasları üzrə nəzəri və praktik təcrübələrini şagirdlər ilə bölüşdülər.

Layihədə əsas məqsəd orta məktəblərdə təhsil alan şagirdlərin peşə təhsilinə maraqlarının artırılması, peşə sahələrinin yaratdığı iş imkanlarının onlara təlqin edilməsi və sahənin potensialı ilə valideynlərin düzgün istiqamətdə maarifləndirilməsidir.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən icra olunur.

Dostlarınızla Paylaşın

Haqqımızda

Gələcəyə Körpü Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış milli qeyri-hökumət təşkilatıdır. 

Ünvan

Ünvan: 28 May küç. 34, Gəncə şəhər , Azərbaycan